- Fanat
- 15:45
- 1 686
Ayan Allahverdiyeva: "Azərbaycan çempionatının finalındakı məğlubiyyətin acısı bir az qalıb"
Şahmatçı Ayan Allahverdiyeva Azərbaycan çempionatının finalında aldığı məğlubiyyətin acısını hələ də yaşayır.
Aznews.az xəbər verir ki, Bunu qrosmeyster özü bildirib.
O, Ülviyyə Fətəliyevaya uduzduğu həlledici görüşü şərh edib:
"Şahmatda hər cür nəticələr görmək mümkündür. Məğlubiyyətimin səbəblərini fikirləşib, təhlil edəcəyəm. Düşünürəm ki, müəyyən gedişlərdə səhvə yol verdim və bunun nəticəsində uduzdum. Qarşılaşmadan əvvəl qələbəyə köklənmişdim. Əlimdən gələni edirdim ki, qalib gəlim. Lakin bəzən məğlubiyyət qaçınılmazdır. Sözün doğrusu, məğlubiyyətin acısı bir az qalıb. Amma bu cür məğlubiyyətlər insanı növbəti yarışlara motivasiya edir, gücləndirir. Belə olanda, harda səhvə yol verdiyini daha yaxşı anlayırsan və öyrənirsən".
Qeyd edək ki, Azərbaycan çempionatının final görüşündə Ülviyyə Fətəliyeva Ayan Allahverdiyevanı məğlub edib. Tay-brekdə 1,5:0,5 hesablı qələbə qazanan Ü.Fətəliyeva karyerasında ilk dəfə ölkə çempionu olub.