Fransa prezidenti Emmanuel Makron Suriyanı təhdid edib. Fransa prezidenti Emmanuel Makron Suriyanı təhdid edib.

“Kimyəvi silah aşkarlanarsa, Suriyanı vuracağıq” – Makrondan ilk ultimatum

Fransa prezidenti Emmanuel Makron Suriyanı təhdid edib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Makron bildirib ki, Fransa hərbi qüvvələri Suriyada kimyəvi silahlardan istifadə olunarsa, bu mənbələri aşkarlayıb onlara təkbaşına müdaxilə edəcək.

Bununla belə, Makron Suriyada böhranın siyasi və diplomatik həlli yolu olduğuna da inandığını deyib. Onun sözlərinə görə, siyasi danışıqların başladılması üçün Bəşər Əsədin hakimiyyətindən getməsini ilkin şərt kimi irəli sürmək də vacib deyil. “Hələ indiyə qədər heç kim məni onun qanuni xələfi ilə tanışdırmayıb” – deyə Makron qeyd edib.

Makron onu da vurğulayıb ki, terrorizmə qarşı mübarizədə Fransanın xüsusilə Rusiyanın köməyinə ehtiyacı var.

Bəxtiyar Abbasov

AzNews.az