Tarixdə baş verən hadisələri xatırlayırıqsa, bu, həmin hadisənin insan həyatında qoyub getdiyi izlərlə bağlıdır. Bəzi insanlar keçmişdən götürülən dərslərin müasir dövr üçün nə qədər vacib olduğunu anlamır. Elə vaxtlar olur ki, tarix öz mənfi təzahürləri ilə yenidən təkrarlanır. Ona görə tarixi öyrənin və ondan indi və gələcək üçün dərs çıxarın. Tarixdə baş verən hadisələri xatırlayırıqsa, bu, həmin hadisənin insan həyatında qoyub getdiyi izlərlə bağlıdır. Bəzi insanlar keçmişdən götürülən dərslərin müasir dövr üçün nə qədər vacib olduğunu anlamır. Elə vaxtlar olur ki, tarix öz mənfi təzahürləri ilə yenidən təkrarlanır. Ona görə tarixi öyrənin və ondan indi və gələcək üçün dərs çıxarın.

20 təəccüb doğuran tarixi fakt – Foto

Tarixdə baş verən hadisələri xatırlayırıqsa, bu, həmin hadisənin insan həyatında qoyub getdiyi izlərlə bağlıdır. Bəzi insanlar keçmişdən götürülən dərslərin müasir dövr üçün nə qədər vacib olduğunu anlamır. Elə vaxtlar olur ki, tarix öz mənfi təzahürləri ilə yenidən təkrarlanır. Ona görə tarixi öyrənin və ondan indi və gələcək üçün dərs çıxarın.

AzNews.az keçmişlə bağlı fikirlərinizi dəyişəcək və ya tamamlayacaq unikal tarixi fotoları təqdim edir.

1. Adolf və Rudolf Dassler – Doğma qardaşlar “Puma” və “Adidas” şirkətlərinin təsisçiləridir. Qardaşlar bir-birinə o qədər nifrət edirdilər ki, ömürlərinin axırlarına qədər bir-biri ilə ünsiyyət tutmayıblar.

2. ABŞ-ın 39-cu prezidenti Cimmi Karter – Pencəyini kimyəvi təmizləməyə verən zaman cibində şparqalka olduğunu unutmuşdu. Şparqalkada nüvə silahının işə salınması üçün kod yazılmışdı.

3. Böyük Britaniyaya məxsus “Rodni” gəmisinin baş ocaqçısı cizgi film qəhrəmanına bənzədiyi üçün “Popay” ləqəbini qazanmışdı.

4. Yuri Qaqarin və fransızların ona hədiyyə etdiyi “Matra Bonnet Djet VS” avtomobili

5. 1969-cu ildə Saxalində qış günü. Qarın hündürlüyünü işıqfora əsasən müəyyən etmək mümkündür.

6. Bu fotodakı insanların İntellekt Əmsalı ölçüyə gəlməz.

7. Sankt-Peterburqda “McDonald’s”ın ilk dəfə açılmasına qarşı keçirilən etiraz aksiyası – 10 sentyabr 1996-cı il.

8. Əmi oğlanları - Axırıncı rus çarı İkinci Nikolay və İngiltərə kralı Beşinci Georq

9. Həyat yolu – Ərimiş buzların arasından blokadada olan Leninqrada çörək aparır.

10. “Əgər Allah varsa, o, bağışlanmaq üçün mənə yalvarmalı olacaq” – Yəhudi əsir konslagerdə qalan zaman otağın divarına bu sözləri yazıb.

11. Hippilərdən birinin məşhur şüarı - “Sülh üçün bombalamaq bakirəlik üçün cinsi əlaqədə olmaq deməkdir”

12. ““IPhone"lara görə insanlar bir-birilə daha az ünsiyyət qurur” deyənlər yanılırlar. “IPhone” görməyən əvvəlki nəsillərin vəziyyəti bu fotoda əks olunub.

13. 1954-cü ilin çimərlik geyimləri – İndi bu geyimlər gündəlik geyimlərə çevrilib.

14. Məşhur fotonun tam versiyasi – jurnalist Albert Eynşteyndən ağıllı sima nümayiş etdirməsini istəmişdi.

15. 19-cu əsrin quş ovu tüfəngi – Bununla bir atışla 50-ə yaxın quş öldürmək olardı.

16. 1912-ci ildə “Titanic” gəmisinin qəzaya uğramasından sonra sağ qalan itlər – Gəmidə 12 it var idi. Lakin onlardan cəmi 3-ü sağ qalmışdı.

17. İlk “Mercedes” belə görünürdü.

18. 100 il əvvəl öskürək əleyhinə sirop belə idi. Siropun tərkibində alkoqol, çətənə, xloroform və sulfat morfi var idi.

19. 6 yaşlı uşaq “Qızıl Aypara” cəmiyyətindən hədiyyə olaraq bir cüt ayaqqabı alıb – 1946-cı il.

20. 1937-ci ildə Hitler tərəfdarlarının keçirdiyi mitinq. 8 il sonra onlar bildirəcəklər heç vaxt Hitlerin fikirlərini dəstəkləməyiblər.

Bəxtiyar Abbasov

AzNews.az