Amerikalı üzgüçü Maykl Felps köpək balığı ilə yarışda məğlub olub. Amerikalı üzgüçü Maykl Felps köpək balığı ilə yarışda məğlub olub.

Dünyanın ən sürətli üzgüçüsü köpək balığına uduzdu

Amerikalı üzgüçü Maykl Felps köpək balığı ilə yarışda məğlub olub.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, yarışın kompüter təqlidi olması Felpsə qarşı etirazlara səbəb olub. İzləyicilər yarışın gerçək həyatda olacağını gözləyirdi.

Bir müddət əvvəl yarış barədə açıqlama verən Felps bildirmişdi ki, o, bu yarışı kifayət qədər ciddi qəbul edir. Ona görə də, təhlükəsizlik məsələsində də olduqca ehtiyatlı davranacaq.

Maykl Felps 28 medalla Olimpiya Oyunları tarixində indiyə qədər ən çox medal qazanan üzgüçüdür.

Bəxtiyar Abbasov

AzNews.az