Rüşeymin tərkibindəki qüsurlu geni dəyişmək olacaq – Şöhrət Mütəllibovun uğuru + Foto

Uyğur əsilli, amerikalı bioloq Şöhrət Mütəllibov rüşeymin tərkibində olan genin dəyişdirilməsinə nail olub.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, tarixdə bir ilk olan elmi araşdırma Oreqon Səhiyyə və Elm Universitetində icra olunub. Layihənin rəhbəri Qazaxıstanın Almatı şəhərində anadan olan uyğur əsilli bioloq Şöhrət Mütəllibovdur.

Elmi tədqiqata əsasən, genetik xəstəliklərə səbəb olan qüsurlu genin təhlükəsiz şəkildə dəyişdirilməsi mümkün olub.

Şöhrət Mütəllibovun istifadə etdiyi texnologiya “CRİSPR” adlanır. Bu texnologiya prakitiki olaraq “molekul qayçısı” rolunu oynayır. Bu qayçı ilə genomun lazımsız hissələrini kəsib atmaq və onu DNT-nin yeni uzantıları ilə əvəz etmək mümkündür.

İndiyə qədər genin dəyişdirilməsi mümkün olsa da, onun təhlükəsizliyinə heç kim zəmanət vermirdi. Bununla belə, alimlər geni dəyişdirilmiş rüşeymlərin bir neçə gündən artıq inkişafına icazə verməyiblər. Buna səbəb kimi isə, rüşeym inkişaf edəcəyi təqdirdə dizayn olunmuş uşaqların dünyaya gəlməsi riski göstərilir.

Bir sıra ölkələrdə bu cür elmi təcrübənin davam etdirilməsinə qadağa tədbiq ediblər.

Tədqiqatın nəticələri tezliklə elmi jurnallarda nəşr olunacaq.

Bəxtiyar Abbasov

AzNews.az