- Köhnə - Dünya
- 31 İyul 2017 11:36
- 3 972
Kabildə İraq səfirliyinə hücum etdilər – Atışmalar davam edir

Əfqanıstanın paytaxtı Kabildə İraqın bu ölkədəki səfirliyi hücuma məruz qalıb.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, naməlum silahlı şəxs səfirliyin qarşısında özünü partladıb. Rəsmilər hələlik ölən və yaralananlarla bağlı məlumat açıqlama verməyiblər.
Polis hazırda səfirliyin ətrafında atışma getdiyinə dair məlumat yayıb.
Bəxtiyar Abbasov
AzNews.az