Bu gün naməlum şəxs Ermənistan parlamentinin binasına bomba qoyulması barədə məlumat verib. Bu gün naməlum şəxs Ermənistan parlamentinin binasına bomba qoyulması barədə məlumat verib.

Ermənistan parlamentinin binasına bomba qoyulması barədə məlumat verilib

Bu gün naməlum şəxs Ermənistan parlamentinin binasına bomba qoyulması barədə məlumat verib.

AzNews.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerinə xilasedicilər və içərisində mülki müdafiə qüvvələri xilasetmə xidmət mərkəzinin mühəndis heyətinin komandiri olan xüsusi məqsədli xilasetmə əməliyyatlarının həyata keçirilməsi üçün dəstə cəlb olunub.

Bir gün əvvəl naməlum şəxs Ermənistanın Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin binasına bomba qoyulması barədə məlumat verib. Amma məlumat təsdiqini tapmayıb.