Kanadanın Atlantik okeanı sahillərində yerləşən vilayətlərində qar çovğunun başlaması nəticəsində təxminən 14 min ev isıqsız qalıb Kanadanın Atlantik okeanı sahillərində yerləşən vilayətlərində qar çovğunun başlaması nəticəsində təxminən 14 min ev isıqsız qalıb

Kanada işıqsız qaldı

Kanadanın Atlantik okeanı sahillərində yerləşən vilayətlərində qar çovğunun başlaması nəticəsində təxminən 14 min ev isıqsız qalıb



Nyu-Bransuikedə 40 santimetrə qədər qar yağıb. Kvebek vilayətindən şərqə doğru qarın qalınlığı 60 santimetrədək artıb. Nyufaundlend adasından qərbə doğru əsən küləyin sürəti isə 170 km/s olub.
"Bir sıra rayonlarda elektrik dirəkləri aşıb, bəzi yerlərdə elektrik xətləri isə qarın ağırlığından qırılıb" - deyə məlumatda bildirilir.
"10 metrəlik dalğalar isə sahildəki gəmiləri aşırıb" - deyə Qalifaks xilasetmə mərkəzinin leytenantı Piter Rayan bildirib.
Havanın sərt keçməsilə əlaqədar olaraq, məktəblər, yollar bağlanıb, aviareyslər təxirə salınıb.

AzNews.az