Las Veqasda qətliam törədən şəxsin otağından 42 silah tapılıb

Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 59 nəfəri öldürən qatilin evindən 42 ədəd odlu silah tapılıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, istintaq Stiven Peddokun silahlara dərin marağı olduğunu müəyyən edib. Bununla belə, Peddokun indiyə qədər bircə dəfə də olsa, cinayət törətməməsi hər kəsi təəccübləndirib.

Qətliamın motivləri hələ ki, hər kəsə sirr olaraq qalır. Bir qədər əvvəl bəzi mənbələr qətliamı Peddokun həmin anda olan psixoloji vəziyyətilə izah etməyə çalışırdılar. Lakin bu da öz təsdiqini tapmayıb.

ABŞ prezidenti Donald Tramp hadisəni “şeytan əməli” adlandırıb.

Stiven Peddok hotelin pəncərəsindən insanlara atəş açmaqla 59 nəfəri öldürüb, 527 nəfəri yaralayıb.

Bəxtiyar Abbasov

AzNews.az