Əsgərlərin çəkdiyi “selfie”lərin sosial şəbəkədə paylaşılması Rusiyanın Baş Qərargahını hərəkətə keçirib. Əsgərlərin çəkdiyi “selfie”lərin sosial şəbəkədə paylaşılması Rusiyanın Baş Qərargahını hərəkətə keçirib.

Rusiya ordusuna “selfie” qadağası

Əsgərlərin çəkdiyi “selfie”lərin sosial şəbəkədə paylaşılması Rusiyanın Baş Qərargahını hərəkətə keçirib.

AzNews.az xəbər verir ki, məxfiliyin pozulmasına yönəlmiş “selfie” çəkimləri Rusiya ordusuna mənsub əsgərlərə qadağan edilib. Daha əvvəl Ukraynada və Suriyadakı əsgərlərin paylaşdıqları Rusiya birliyinin fotoşəkilləri müzakirə mövzusu olmuşdu. “Independent” qəzetinin məlumatına görə, Rusiyada əsgərlərin fotoşəkillər çəkməsini qadağan edən bir qanun hazırlanıb. Qanun fotoşəkillərin, videoların və digər sosial şəbəkədə olan paylaşımların düşmənə vacib məlumat verə biləcəyini əsas götürür. Qanunda bəzi şəkillərin çəkildiyi ərazinin, eləcə də hərbi birliklərin yerləşdiyi bölgənin rəqəmsal mühitdə ətraflı şəkildə aşkar edilməsinin mümkünlüyünə diqqət çəkilir.