Kaxa Kaladze Tbilisinin meri seçildi

Gürcüstan millisinin sabiq futbolçusu, baş nazirin müavini, energetika naziri Kaxa Kaladze Tbilisi meri vəzifəsinə seçkilərdə qalib gəlib.

AzNews.az xəbər verir ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, Tbilisidə 737 seçki məntəqəsi üzrə səslərin hesablanmasından sonra K. Kaladze 51,06 faiz səs toplayıb. Hakim “Gürcü Arzusu” Partiyasının namizədinə 203 mindən çox Tbilisi sakini səs verib.