Əkiz qardaşlar Kameron və Teylor Uinklvossov bitkoinə qoyduqları sərmayə nəticəsində bu sahədə ilk milyarder olublar. Əkiz qardaşlar Kameron və Teylor Uinklvossov bitkoinə qoyduqları sərmayə nəticəsində bu sahədə ilk milyarder olublar.

İlk bitkoin milyarderləri məlum olub

Əkiz qardaşlar Kameron və Teylor Uinklvossov bitkoinə qoyduqları sərmayə nəticəsində bu sahədə ilk milyarder olublar.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Uinklvossov qardaşları 2013-cü ildə 11 milyon dollar müqabilində dünyadakı bitkoin ehtiyatlarının 1 faizini alıblar.

Həmin vaxt 1 bitkoinin dəyəri 120 dollar olub. Ötən dövr ərzində bitkoinin dəyər 100 dəfəyə qədər artıb və hazırda 11 min 594 dollar təşkil edir. Beləliklə, 4 il əvvəl Uinklvossov qardaşlarının bitkoinə qoyduğu sərmayə onların milyarderə çevrilməsinə səbəb olub.