Misir televiziyalarının birində keçən ay "açıq geyinən qadına təcavüz həyati xidmətdir" deyən misirli hüquqşünas həbs cəzasına məhkum olunub. Misir televiziyalarının birində keçən ay "açıq geyinən qadına təcavüz həyati xidmətdir" deyən misirli hüquqşünas həbs cəzasına məhkum olunub.

Açıq geyinən qadınlara təcavüzü “həyati vəzifə” sayan vəkil həbs edildi

Misir televiziyalarının birində keçən ay "açıq geyinən qadına təcavüz həyati xidmətdir" deyən misirli hüquqşünas həbs cəzasına məhkum olunub.

AzNews.az xəbər verir ki, Misirdə bir televiziya proqramında açıq geyinən qadınlara təcavüzün həyati vəzifə olduğunu söyləyən vəkil Nabih əl-Vahş sərt qınaqlara məruz qalıb. Vəkilin açıqlamalarından sonra əyalət prokurorluğu "qanuna lağ etmə" və "şiddət tətbiqetmə ritorikasında ictimai asayişin pozulması, eləcə də xalqı təhqir etmə" iddiaları ilə əl-Vahşa cinayət işi açıb.

Haqqında cinayət işi başladılan əl-Vahşa, keçən həftə bəraətlə sərbəst buraxıldıqdan sonra, şənbə günü keçirilən məhkəmədə özü iştirak etməsə də, ona üç il həbs cəzası istənilib və tutulmasına qərar verilib.