17 yaşlı qız zorlandıqdan sonra yandırıldı

İsveçin Malme şəhərində bir qrup naməlum şəxs 17 yaşlı qızı zorladıqdan sonra onun cinsiyyət orqanını yandırıb.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, insident uşaq meydançasında qeydə alınıb.

Qeyd edək ki, bu, son aylar ərizndə artıq 3-cü belə haldır.

Baş verənlərlə əlaqədar polis şəhər sakinlərinə, xüsusən də qızlara gecə vaxtı çölə çıxmamağı tövsiyə edib.

İsveçin sol partiyasının regional şöbəsinin rəhbəri Patrik Lilyeqlod sentyabrda deyib ki, onun özü də bir vaxtlar zorlama qurbanı ola bilərmiş. Lakin çətinliklə də olsa, manyakın əlindən yaxa qurtara bilib.