Rusiyada məhkəmədən kənar hesabları dondurulmuş şəxslər ölkəyə buraxılmayacaq. Rusiyada məhkəmədən kənar hesabları dondurulmuş şəxslər ölkəyə buraxılmayacaq.

Moskvanın Azərbaycan vətəndaşları da daxil olmaqla əcnəbilərlə bağlı qərarı

Rusiyada məhkəmədən kənar hesabları dondurulmuş şəxslər ölkəyə buraxılmayacaq.

AzNews.az İzvestiya-ya istinadən xəbər verir ki, gələn ilin əvvəlindən bu qərar qüvvəyə minəcək.

Qərarın qaydaya salınması ilə Rosfinmonitorinq məşğul olacaq.

Cinayət yolu ilə əldə olunmuş gəlirlərin qanuniləşdirilməsi və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə idarələrarası komissiyanın iclasında qəbul olunan qərara əsasən 2018-ci ildə bu problemlə mübarizə sərtləşdiriləcək.

Qeyd edək ki, Rusiyada terrorçuların və bu kimi fəaliyyətlərdə şubhəli bilinən şəxslərin hesabların məhkəmədən kənar dondurulması 2016-cı ildən tətbiq edilir. 2017-ci ildə Mərkəzi Asiyadan olan 104 nəfərin hesabları dondurulub. Hesabların ümumi dəyəri 4 milyon rubl təşkil edir.

Ehtimallara görə, Federal Təhlükəsizlik Xidməti də bu işdə yardımçı olacaq.

Müvafiq qayda Böyük Britaniya, Hollandiya, Pakistanda qüvvədədir.