ABŞ prezidenti qalmaqallı vergi qanununu imzaladı

Korporasiyaların illik vergiləri 35 faizdən 21-ə enir.

AzNews.az "Amerikanın səsi"nə istinadən bildirir ki, ABŞ prezidenti 1.5 trilyonluq vergi ixtisarına dair qanuna imza atıb. Vergi ixtisarı planı Donald Trampın prezidentliyinin ilk ili böyük bir qələbə kimi qiymətləndirilir.

Qanun layihəsi respublikaçıların yekdil dəstəyi ilə təsdiq edilib. Demokratlar isə qanun layihəsini tənqid edərək, onun zəngin amerikalılar və korporasiyasların mənafelərinə xidmət etdiyini qeyd edirlər.

Vergi paketi 1980-ci illərdən bəri əldə edilən ən böyük vergi islahatıdır. Beləliklə, korporasiyaların illik vergiləri 35 faizdən 21-ə enir və vətəndaşların da vergi yükləri müvəqqəti azaldılır.

Məsrəflərə dair sənəd yanvar ayının 19-dək uzadılıb. Lakin mühacirət, səhiyyə və hərbi xərclərə dair mübahisələr həll edilməmiş qalır.

Respublikaçılar arasında vergi islahatlarının ardınca ABŞ federal müavinət proqramlarının fundamental şəkildə yenidən strukturlanması ilə bağlı parçalanmalar mövcüddur.