Rusiyanın Tatarıstan respublikasının Kamsko-Ustinski bölgəsində avtomobil zavodu partlayıb. Rusiyanın Tatarıstan respublikasının Kamsko-Ustinski bölgəsində avtomobil zavodu partlayıb.

Tatarıstanda zavod partladı - İki nəfər öldü

Rusiyanın Tatarıstan respublikasının Kamsko-Ustinski bölgəsində avtomobil zavodu partlayıb.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, partlayış nəticəsində iki nəfər ölüb.

Məlumata görə, bu gün saat 03:45 radələrində "Krot" avtomobilini istehsalı sexində partlayıcıların alışması nəticəsində partlayış, ardınca isə yanğın baş verib.

Xəsarət alanların sayı barədə məlumat yoxdur.

İlkin versiyaya görə, partlayışa səbəb işçilərin səhlənkarlığı olub.