"Apple" istifadəçilərindən üzr istədi

"Bilirik ki, bəziləriniz xəyal qırıqlığına uğramısınız".

AzNews.az xəbər verir ki, ABŞ-da, xüsusilə, köhnə model telefonların zəiflədiyini etiraf edən texnologiya nəhəngi "Apple" açıqlama verib:

"Bilirk ki, bəziləriniz xəyal qırıqlığına uğramısınız. Üzr istəyirik. Bu məsələ ilə bağlı bir çox yanlış anlaşılma var. Bu səbəbdən mövzunu aydınlaşdırmaq və etdiyimiz bəzi dəyişikliklər haqqında sizi məlumatlandırmaq istəyirik. Hər şeydən öncə, biz etdiyimiz təkmilləşdirmələr ilə hər hansı bir "Apple" məhsulunun istifadə ömrünü qəsdən qısaldacaq və ya istifadəçiyə xidmətin keyfiyyətini düşürəcək bir şey etmədik və əsla etməyəcəyik. Ən böyük məqsədimiz hər zaman müştərilərimizin sevdiyi məhsulları yaratmaq və "iPhone"ları mümkün qədər uzunmüddətli istifadə edilə biləcək şəkildə istehsal etməkdir".

Qeyd edək ki, "Apple" son günlərdə köhnə model cihazlarının ömrünü uzatmaq və batareyalarındakı zəifləmələri tarazlaşdırmaq üçün bilərəkdən sistemi ağırlaşdırdığını qəbul etmişdi.