İranın müxətlif şəhərlərində kütləvi etirazlar davam edir. İranın müxətlif şəhərlərində kütləvi etirazlar davam edir.

İranda kütləvi etirazlarda iki nəfər öldü - Video+Yenilənib

İranın müxətlif şəhərlərində kütləvi etirazlar davam edir.

AzNews.az AFP-yə istinadən xəbər verir ki, etirazların 3-cü günü tələbələrin iştirakı ilə antihökümət etirazları ilə keçib.

Məlumata görə, tələbələr hökümət əleyhinə şüarlar səsləndirib və polislə toqquşublar.

Fars agentliyi 50-70 tələbəni etirazlara qatıldığını yazır. Məlumatda qeyd edilir ki, aksiya siyasi motivlər daşıyır, etirazlar zamanı iqtisadi tələblər də səsləndirilib.

Aksiya iştirakçıları bildirib ki, İran höküməti ölkənin inkişafı əvəzinə Yaxın Şərqdəki silahlı qruplaşmalara maddi dəstək göstərir.

Mitinqin dağıdılması üçün hərbi polis dəstələri də cəlb edilib.

Etirazlar dekabrın 28-də başlayıb.

***

İranın qərbində yerləşən Dərud şəhərində etiraz aksiyaları zamanı iki nəfər ölüb.

AzNews.az Assosiated Press-ə istinadən xəbər verir ki, İran rəsmiləri 2 nəfərin öldüyünü təsdiqləyib.

Etriazlar hökümətin 2009-cu ildən apardığı iqtisadi siyasətə qarşı baş qaldırıb.