Səudiyyə Ərəbistanından olan alim Əbdüləziz bin Saleh ət-Tuveyciri Qvineyada qətlə yetirilib. Səudiyyə Ərəbistanından olan alim Əbdüləziz bin Saleh ət-Tuveyciri Qvineyada qətlə yetirilib.

Səudiyyəli din alimi Afrikada öldürüldü

Səudiyyə Ərəbistanından olan alim Əbdüləziz bin Saleh ət-Tuveyciri Qvineyada qətlə yetirilib.

AzNews.az xəbər verir ki, bu barədə informasiyanı “Əl Arabiya” televiziyası yayıb. Tuveycirinin Qvineyaya “Ət Tövhid” kitabını şərh etmək və məscid tikintisi üçün getdiyi bildirilib.

O, Kantipalanduq şəhərində naməlum şəxslər tərəfindən açılan atəş nəticəsində qətlə yetirilib.

Qeyd edək ki, hələlik nə Səudiyyə Ərəbistanı, nə də Qvineya Tuveycirinin ölümü ilə bağlı rəsmi informasiya yayıb(axar.az).