NATO rus diplomatlara viza verməyəcək

NATO, Brüssel nümayəndəliyində çalışmaq üçün göndəriləcək rus diplomatlara viza verməyəcək.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

"Bəli, həqiqətən də, yeddi rus diplomat arzuolunmaz şəxs elan edilib. Onlar digər 3 işçiyə də viza verməyəcəklərini açıqlayıb", deyə Qruşko məlumat verib.