İrlandiyalı UFC döyüşçüsü Konor Makqreqor Nyu York polis idarəsindən qandallanmış vəziyyətdə çıxarılaraq müvəqqəti təcrid etmə müəssisəsinə aparılıb. İrlandiyalı UFC döyüşçüsü Konor Makqreqor Nyu York polis idarəsindən qandallanmış vəziyyətdə çıxarılaraq müvəqqəti təcrid etmə müəssisəsinə aparılıb.

Dünya şöhrətli ulduz idmançı həbs olundu - Videolar

İrlandiyalı UFC döyüşçüsü Konor Makqreqor Nyu York polis idarəsindən qandallanmış vəziyyətdə çıxarılaraq müvəqqəti təcrid etmə müəssisəsinə aparılıb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bir gün əvvəl UFC döyüşçülərini daşıyan avtobusa hücum etmiş idmançıya hücum və xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.

"Barclay" mərkəzində baş vermiş insident nəticəsində avtobusa ziyan dəymiş və bir idmançı xəsarət almışdı. Yaxın zamanda Bruklin Cinayət məhkəməsində onun işinə dair hazırlıq iclası keçiriləcək.

Makqreqorun həbsinə səbəb olan görüntünü də sizə təqdim edirik: