Gözlərini əməliyyat etdirən model kor oldu

Argentinalı model gözlərinin rəngini dəyişdirmək üçün əməliyyat etdirib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, əməliyyatdan sonra modelin sağ gözündə 80%, sol gözündə isə 50% görmə qabiliyyəti zəifləyib. Qeyd edək ki, model əməliyyat üçün 3 min dollar pul ödəyib. Əməliyyatı edən həkim görmə qabilliyyətini itirən modelə kömək edə bilməyəcəyini söyləyib və modelin ömrünün axırınadək belə qalacağını bildirib.