Rusiyaya gedən əmək miqrantları iş icazəsi ala bilmək üçün rus dilində minimum 850 söz bilməlidirlər Rusiyaya gedən əmək miqrantları iş icazəsi ala bilmək üçün rus dilində minimum 850 söz bilməlidirlər

Rusiyaya işləməyə gedənlər - 850 söz öyrənin

Rusiyaya gedən əmək miqrantları iş icazəsi ala bilmək üçün rus dilində minimum 850 söz bilməlidirlər




Bu barədə tələblər Rusiya Elm və Təhsil Nazirliyinin saytında yerləşdirlən qanun layihəsində əksini tapıb. Sənədə görə, miqrantlar mətni oxumalı, onun mövzusunu müəyyən etmli, məişət xarakterli dialoqlarda informasiyanı anlamalıdırlar.

Linqvistik normalardan çıxış edən sənəd müəllifləri belə hesab edir ki, rus dilində elementar qaydada danışa bilmək üçün 800 sözü öyrənmək kifayət edir. 3 min sözü bilmək isə mətnin 95 faizinin tam qavranılması deməkdir.

Sənəddə miqrantların testdən keçirilmə qaydaları da əksini tapıb. Testlərdə iştirak etmək istəyən ali təhsil müəssisələri bu sahədə azı 10 il təcrübəyə malik olmalıdırlar. Miqrantlarla bağlı yeni qanun layihəsi ilə bağlı təkliflər isə martın 27-dək qəbul ediləcək. Artıq 1600-dək mərkəz miqrantları rus dilindən imtahan etmək üçün razılıq alıb.

Elnarə Əlosmanqızı
AzNews.az