Böyük Britaniya, Almaniya və Fransa İranın nüvə proqramı ilə bağlı yeni razılaşmanın imzalanmasını, bu sənəddə Hərtərəfli Birgə Fəaliyyət Planında əksini tapmayan bir sıra yeni elementlərin daxil edilməsini vacib sayıb. Böyük Britaniya, Almaniya və Fransa İranın nüvə proqramı ilə bağlı yeni razılaşmanın imzalanmasını, bu sənəddə Hərtərəfli Birgə Fəaliyyət Planında əksini tapmayan bir sıra yeni elementlərin daxil edilməsini vacib sayıb.

Avropa İranın nüvə proqramına dair yeni sənəd imzalanmasını dəstəklədi

Böyük Britaniya, Almaniya və Fransa İranın nüvə proqramı ilə bağlı yeni razılaşmanın imzalanmasını, bu sənəddə Hərtərəfli Birgə Fəaliyyət Planında əksini tapmayan bir sıra yeni elementlərin daxil edilməsini vacib sayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu, bu gün Böyük Britaniya baş naziri Tereza Meyin Almaniya baş naziri Angela Merkel və Fransa prezidenti Emmanuel Makronla telefon danışığının nəticəsi ilə bağlı yayılan bəyanatda əksini tapıb.

Bəyanatda qeyd edilib ki, tərəflər Hərtərəfli Birgə Fəaliyyət Planının qorunub saxlanılmasını, eyni zamanda İranın yaratdığı bir sıra problemlərin həlli üçün ABŞ-la birgə çalışmağı, yeni məsələlərin də daxil ediləcəyi yeni razılaşmanın imzalanmasını dəstəkləyirlər. Bu məsələlər sırasında İranın raket proqramı və Tehranın regionda qeyri-stabilliyə yol açan fəaliyyəti qeyd olunub.

Xatırladaq ki, İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və "altılıq ölkələri" - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir. 2017-ci ildə ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni strategiyanı elan edib. D.Tramp İranı terrorun maliyyələşdirilməsində ittiham edib, rəsmi Tehranın nüvə razılaşmasının müddəalarını pozduğunu söyləyib. O, gələcəkdə razılaşmanın pozulmasını istisna etməyib.

AzNews.az