Kanada Trampı qəzəbləndirdi

ABŞ prezidenti Donald Tramp Kanada və Meksikanın ticarət rüsumlarının tətbiqi ilə bağlı Vaşinqtona verdiyi qarşılıqlı cavabdan hiddətlənib.

Oxu.Az xəbər verir ki, amerikalı lider ABŞ-dan olan mallarının idxalı üçün rüsum tətbiqini ləğv etməyə çağırıb.

“Twitter” hesabında Tramp Kanadanın öz bazarlarını açmasını və ticarət baryerlərini aradan qaldırmasını tələb edib.

Onun sözlərinə görə, Birləşmiş Ştatların şimal qonşusu ölkələr arasında ticarətə və kənd təsərrüfatına ağır zərbə vurur.

“Kanada artıq uzun müddətdir ki, bizim kənd təsərrüfatı biznesinə və fermerlərə pis münasibət bəsləyir. Onlar ticarəti son dərəcədə məhdudlaşdırırlar. Onlar öz bazarlarını açmalı və ticarət baryerlərini aradan qaldırmalıdırlar”, - deyə Tramp vurğulayıb.

Kanada Vaşinqtonun qərarına cavab olaraq idxal rüsumu qaldırılacaq ABŞ mallarının siyahısını dərc edib.

Qeyd edək ki, iyunun 1-dən ABŞ-da Avropa İttifaqı, Kanada və Meksikada istehsal olunmuş alüminiumun idxalına 10 faizl, poladın idxalına görə isə 25 faizlik rüsumun tətbiqi ilə bağlı qanun qüvvəyə minib.