“Top Expensive” nəşri dünyanın ən bahalı 10 restoranının reytinqini hazırlayıb. “Top Expensive” nəşri dünyanın ən bahalı 10 restoranının reytinqini hazırlayıb.

Dünyanın ən baha restoranları? - Siyahı + Fotolar

“Top Expensive” nəşri dünyanın ən bahalı 10 restoranının reytinqini hazırlayıb.

Oxu.az həmin reytinqi təqdim edir:

10. “MASA” (Nyu-York)

Nyu-Yorkun Taym Uorner Senter qülləsində yerləşir. Restoran yapon əsilli baş aşbaz Masa Takayamanın adınadır. Sabit menyusu yoxdur. Şefin seçimindən asılı olaraq 3 saatlıq yemək seansı olur. ƏDV və ofisiantlara verilən “çay” pulunu çıxmaqla ən ucuz yemək bir müştəriyə 350 dollara başa gəlir. İçkilərin qiyməti isə 400 dollardan başlayır və 2000 dollarda qurtarır.

9. “Le Pre Catelan” (Paris)

Restoran Bulen Meşəsi parkının düz mərkəzində yerləşir. Eksklüziv yeməklər 130 dollardan başlayır. Yeddi soyuq və isti yemək növündən ibarət menyu 255 dollar təşkil edir.

8. “Misoguigawa” (Yaponiya)

Restoranda Fransa və Yaponiya mətbəxinin sintezinin məhsulu olan yeməklər təqdim olunur. 8 isti və soyuq yemək növündən ibarət menyu bir müştəriyə 162 dollara başa gəlir. Xüsusi menyu 270 dollara yaxındır. Restorana tələb son dərəcə böyük olduğundan müştərilər yerləri beş gün əvvəl bron etməli olur.

7. “Sublimotion”( İbiza)

Sualtı restorandır. Ən varlı insanların favorit restoranlarından sayılır. Dünyanın ən təcrübəli aşbazlarını bir araya gətirən restoran unikal yemək növləri təqdim edir. 20 isti və soyuq yemək növündən ibarət menyu 2078 dollara başa gəlir.

6. “Beige” (Yaponiya)

Tokyonun Qinza rayonunda Chanel qülləsinin ən son mərtəbəsində yerləşir. Dünyanın ən tanınmış aşbazlarından olan fransız şef Alan Dükas burada çalışdığından milyonçuların üz tutduğu əsas istiqamətlərdəndir. 4 yeməkdən ibarət menyu 147-190 dollar arasında dəyişir. Normalda müştəri bu restoranda orta hesabla günə 259 dollar xərcləyir.

5. “Aragawa” (Yaponiya)

On ildən çoxdur ki, dünyanın ən bahalı restoranlarının beşliyində yerini heç kimə güzəştə getmir. Restoranda bir dəfəyə cəmi 22 müştəriyə xidmət olunur. Bir müştəri orta hesabla 341 dollar xərcləyir.

4. “Gordon Ramsey” (London)

Xüsusi müştərilərə xidmət göstərir. 2001-ci ildən bəri 3 “Mişelin” ulduzunun sahibidir. Bir yeməyin qiyməti 320 dollardan başlayır. Ən bahalı şərabın bir badəsi 18,850 dollara başa gəlir.

3. “Crissier” (İsveçrə)

40 ildən çoxdur ki, dünyanın ən məşhur baş aşbazlarının ocağıdır. Bir çox yeməklər qırmızı meyvələrdən ibarət sufle və qızardılmış göbələklərlə müşayiət olunur. Bir yemək porsiyası orta hesabla 415 dollara başa gəlir.

2. “İtha” (Maldiv)

2014-cü ildə dünyanın ən gözəl və ən bahalı restoranı seçilib (Nyu-York Times versiyasına görə). Hind okeanının beş metr dərinliyində yerləşir. Müştərilərə nahar edə-edə xromatik sualtı bağlara və müxtəlif su canlılarına tamaşa etmək imkanı verir. Əsasən Avropa mətbəxi ilə xidmət göstərilir. İçki və “çay” pulunu çıxmaqla ən ucuz menyu 320 dollara başa gəlib. Əslində isə bir müştəri azı 500 dollar xərcləyir.

1. “Sublimotion” (İspaniya)

İbizada “Hard Rock” otelində yerləşir. Bir müştəri orta hesabla yemək və içkilərə 2,173 dollar xərcləyir. 2000 dollarlıq menyuya 15-20 isti-soyuq yemək növü daxildir.

AzNews.az

(Oxu.az)