İranın Ali Məhkəməsi ötən il həbs edilən 8 terrorçuya qarşı ölüm hökmü qərarı çıxarıb. İranın Ali Məhkəməsi ötən il həbs edilən 8 terrorçuya qarşı ölüm hökmü qərarı çıxarıb.

İranda 8 terrorçuya ölüm hökmü çıxarıldı

İranın Ali Məhkəməsi ötən il həbs edilən 8 terrorçuya qarşı ölüm hökmü qərarı çıxarıb.

AZƏRTAC xəbər verir ki, bu barədə mətbuata açıqlama verən İranın Ali Məhkəməsinin sədr müavini Qulamrza Ənsari terrorçuların günahlarının tam sübut olunduğunu bildirib. O qeyd edib ki, Ali Məhkəmə 7 iclas keçirərək aşağı instansiyalı məhkəmənin araşdırmasını diqqətlə nəzərdən keçirib və ölüm hökmü qərarını qüvvədə saxlayıb.

Xatırladaq ki, 2017-ci ilin iyununda İran parlamentinin binasına silahlı hücum olub. Hücum edən terrorçular 17 nəfəri qətlə yetirib, 43 nəfəri ağır yaralayıblar. İstintaq müəyyən edib ki, radikal islamçı qruplaşmaya mənsub bu adamlar İrana məhz terror aksiyaları törətmək üçün göndəriliblər.

AzNews.az