Helsinki aeroportunun işçiləri iyunun 15-də tətil keçirəcəklər. Helsinki aeroportunun işçiləri iyunun 15-də tətil keçirəcəklər.

Helsinki aeroportu işi dayandırır, səbəbi isə...

Helsinki aeroportunun işçiləri iyunun 15-də tətil keçirəcəklər.

Trend-in məlumatına görə, Finlandiyanın iri hava limanı olan Helsinki-Vantaanın işçi heyətinin tətili cümə günü səhər saat 5-dən növbəti gün 05:00-dək davam edəcək.

Tətil vaxtı sərnişinlərə xidmət göstərilməyəcək.

Buna səbəb kimi Həmkarlar İttifaqı (IAU) ilə menecment və əmlakın idarə edilməsi sahəsində fəaliyyət göstərən "Lassila & Tikanoja Oyj" şirkəti arasında kollektiv əmək müqaviləsinin bağlanması zamanı yaranan münaqişə göstərilir.

Qeyd edək ki, Helsinki-Vantaa 2017-ci ildə 19 milyon sərnişinə xidmət edib.

AzNews.az