Trampın mətbuat katibi restorandan qovulub

Ağ Evin mətbuat xidmətinin rəhbəri Sara Sanders Virciniya ştatında “Red Hen” adlı restorandan qovulub.

“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, bu barədə S.Sanders Tvitterdəki hesabında məlumat paylaşıb.

O bildirib ki, restoran sahibi onu prezident Donald Trampa işlədiyi üçün məkanı tərk etməyi istəyib:

“Mən eyni fikirdə olmadıqlarım da daxil olmaqla, əlimdən gəldiyi qədər hər kəsə yaxşı davranmağa çalışıram. Belə etməyə də davam edəcəyəm. Bu hərəkəti isə əslində onun özünü izah edir. ”, - deyə Sanders bildirib.

Qeyd edək ki, Trampın son zamanlarda aldığı qəribə qərarlar xalq tərəfindən etirazla qarşılanır. Bu səbəbdən də, hökumətdə yer alan bir çox rəsmi şəxslər restoranlarda və digər ictimai məkanlarda təzyiqlərə məruz qalır.

AzNews.az