ABŞ-ın Kaliforniya ştatının hökuməti güclü meşə yanğınları səbəbindən Sprinq-Velli yaşayış məntəqəsindən 3 min nəfərə yaxın insanı təxliyə etmək barədə göstəriş verib. ABŞ-ın Kaliforniya ştatının hökuməti güclü meşə yanğınları səbəbindən Sprinq-Velli yaşayış məntəqəsindən 3 min nəfərə yaxın insanı təxliyə etmək barədə göstəriş verib.

Kaliforniyada meşə yanğınları - 3 min nəfər təxliyə olunur

ABŞ-ın Kaliforniya ştatının hökuməti güclü meşə yanğınları səbəbindən Sprinq-Velli yaşayış məntəqəsindən 3 min nəfərə yaxın insanı təxliyə etmək barədə göstəriş verib.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, iyunun 24-dən başlayaraq ştatın şimalında tüğyan edən meşə yanğınları indiyədək onlarla tikilini, o cümlədən yaşayış binalarını məhv edib.

Yanğınsöndürənlər quraqlıq və güclü külək səbəbindən vəziyyətin daha da mürəkkəbləşdiyini bildirirlər.

Qeyd edək ki, 6,5 kvadratkilometr əraziyə yayılmış meşə yanğınları ilə mübarizəyə yanğınsöndürmə xidmətinin 250-dək əməkdaşı və çox sayda xüsusi texnika, o cümlədən helikopterlər cəlb olunub.

AzNews.az