- Köhnə - Dünya
- 27 İyun 2018 14:17
- 2 357
İstintaq təcridxanasında intihara cəhd etdi

Penitensiar Xidmətin Gəncədə yerləşən 2 saylı İstintaq Təcridxanasında intihara cəhd olunub.
APA-nın qərb bürosunun xəbərinə görə, orada saxlanılan 1983-cü il təvəllüdlü İsmayılov Anar Tahir oğlu özünü asıb.
A.İsmayılovun intihar cəhdindən xəbər tutanlar onu xilas edərək xəstəxanaya çatdırıblar.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az