200-dən çox Avropa ölkələrinə çatmağa çalışan miqrant 29 iyun-1 iyul tarixləri arasında Aralıq dənizində boğulub. İlin əvvəlindən dənizdə ölənlərin sayı 1000-dən çoxdur. Bu barədə bazar ertəsi Beynəlxalq Miqrasiya Təşkilatı (İOM) məlumat verib. 200-dən çox Avropa ölkələrinə çatmağa çalışan miqrant 29 iyun-1 iyul tarixləri arasında Aralıq dənizində boğulub. İlin əvvəlindən dənizdə ölənlərin sayı 1000-dən çoxdur. Bu barədə bazar ertəsi Beynəlxalq Miqrasiya Təşkilatı (İOM) məlumat verib.

Üç gündə dənizdə 200-dən çox miqrant boğulub

200-dən çox Avropa ölkələrinə çatmağa çalışan miqrant 29 iyun-1 iyul tarixləri arasında Aralıq dənizində boğulub. İlin əvvəlindən dənizdə ölənlərin sayı 1000-dən çoxdur. Bu barədə bazar ertəsi Beynəlxalq Miqrasiya Təşkilatı (İOM) məlumat verib.

"Bu həftə sonu Liviya sahilləri yaxınlığında dənizdə təxminən 204 miqrant ölüb", xəbərdə deyilir. "Beləliklə, bu il boğulan miqrantların ümumi sayı 1000 nəfərdən çoxdur".

İOM-un məlumatına görə, cümə günü gəmi batması nəticəsində 103 nəfər, o cümlədən üç uşaq ölüb. Digər miqrantlarla dolu gəminin batması bazar günü baş verib. Ölənlərin dəqiq sayı deyilmir, təşkilat yalnız 41 adamın xilas olduğunu bildirir.

Üç gün ərzində, cümə günündən etibarən, Liviya Sahil Mühafizəsi xidməti qaçaq yolu ilə qayığla Avropaya gedən 1000-dən çox miqrantı geri göndərib.

AzNews.az