2020-ci ilədək beşinci nəsil mobil rabitə (5G) standartları geniş tətbiq ediləcək və abunəçilərin sayı sürətlə artmağa başlayacaq. Bu barədə “Ericsson” şirkətinin növbəti “Ericsson Mobility Report” hesabatında deyilir. 2020-ci ilədək beşinci nəsil mobil rabitə (5G) standartları geniş tətbiq ediləcək və abunəçilərin sayı sürətlə artmağa başlayacaq. Bu barədə “Ericsson” şirkətinin növbəti “Ericsson Mobility Report” hesabatında deyilir.

“5G” abunəçilərinin sayı 1 milyarda çatacaq

2020-ci ilədək beşinci nəsil mobil rabitə (5G) standartları geniş tətbiq ediləcək və abunəçilərin sayı sürətlə artmağa başlayacaq. Bu barədə “Ericsson” şirkətinin növbəti “Ericsson Mobility Report” hesabatında deyilir.

AZƏRTAC “Mediasat” resursuna istinadən bildirir ki, hesabata görə, 2023-cü ilədək “5G” abunəçilərinin sayı 1 milyarda çatacaq ki, bu da dünyada mobil rabitə xidməti abunəçilərinin ümumi sayının təqribən 12 faizini təşkil edəcək. Hesabat dövründə dünyada “Əşyalar interneti”nə qoşulmaların sayı 3,5 milyarda çatacaq. Hesabat müəlliflərinin fikrincə, 2017-2023-cü illərdə mobil rabitə şəbəkələri vasitəsilə ötürülən məlumatların həcmi 8 dəfə artacaq. “5G”, həmçinin internetə simsiz stasionar çıxış üçün geniş tətbiq ediləcək.

Məlumat üçün qeyd edək ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

AzNews.az