Tbilisi aeroportunun kassasına zəhərli maddə tökən Rusiya vətəndaşı saxlanılıb Tbilisi aeroportunun kassasına zəhərli maddə tökən Rusiya vətəndaşı saxlanılıb

Tbilisi aeroportunda kütləvi zəhərlənmə - Yenilənib

Tbilisi aeroportunun kassasına zəhərli maddə tökən Rusiya vətəndaşı saxlanılıb

APA-nın yerli bürosunun Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məlumatına istinadla verdiyi xəbərə görə, saxlanılan şəxs Rusiya vətəndaşı Dimitri B. adlı şəxsdir.

İstintaqla müəyyən olunub ki, 2 iyul 2018-ci il tarixində Dimitri B. tərkibində sağlamlığa ziyan vuran maddənin olduğu mayeni Tbilisi beynəlxalq hava limanının uçuş zalında yerləşən aviaşirkətlərdən birinin kassasına töküb.

Faktla bağlı istintaq DTX-nin Əks-kəşfiyyat Departamenti tərəfindən aparılır.

Qeyd edək ki, iki gün öncə Tbilisi hava limanında baş vermiş insident nəticəsində hava limanının bir neçə əməkdaşı zəhərlənib.

***

19:15

Şota Rustaveli adına Tbilisi beynəlxalq hava limanında kütləvi zəhərlənmə baş verib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, aeroportun bir neçə əməkdaşı qazdan zəhərlənib. Hava limanından zəhərlənməyə hansı qazın səbəb olması barədə ətraflı məlumat verilməyib.

İnsidentin 2 gün öncə baş verdiyi bildirilir.

Aeroport əməkdaşlarının zəhərlənməsi hava limanının fəaliyyətinə təsir etməyib. Faktla bağlı Gürcüstan Daxili İşlər Nazirliyinin açıqlama verəcəyi gözlənilir.

AzNews.az