- Köhnə - Dünya
- 5 İyul 2018 11:23
- 1 711
Mərmərə dənizində iki yük gəmisi toqquşdu
Mərmərə dənizində iki yük gəmisi toqquşub.
Trend-in məlumatına görə, "Gammagas" və "Ersoylar" yük gəmilərinin toqquşması nəticəsində xəsarət alan olmayıb. Lakin toqquşma nəticəsində gəmilərdə böyük çatlar yarandığı bildirilir.
Toqquşmadan sora gəmilər təmir üçün limandan geri çəkilib.
Toqquşmanın hansı səbəbdən baş verməsi və başqa detallar açıqlanmayıb.
AzNews.az