Floridada yanğın nəticəsində 300 ekzotik heyvan məhv oldu

Florida ştatının Cənub-Qərbi Rançes əyalətində fermada baş vermiş yanğın nəticəsində azı 300 ekzotik heyvan məhv olub. Bu barədə Floridanın WSVN telekanalı məlumat yayıb.

AZƏRTAC RİA Novosti saytına istinadla xəbər verir ki, yanğınsöndürənin məlumatına görə, yanğın taxta sarayı ildırım vurması nəticəsində baş verib. Rançonun sahibi Bleyk Kaldirimoqlu 300 canlının məhv olduğunu bildirib. Bundan əvvəl hökumət orqanları 100-180 canlının məhv olması barədə məlumat yayıb.

Fermanın sahibi uzun illərdir dünyanın hər yerindən ekzotik heyvanlar toplayırdı.

AzNews.az