Aİ Rusiyaya qarşı sanksiyaları uzatdı

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini daha 6 ay uzadıb.

APA-nın xəbərinə görə, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

“İyulun 5-də Şura Rusiya iqtisadiyyatının spesifik sektorlarına yönəlmiş sanksiyaları 2019-cu il yanvarın 31-nə qədər uzadıb”, - deyə Şuranın bəyanatında bildirilir.