Yunanıstanın paytaxtı Afina şəhəri yaxınlığında davam edən meşə yanğınları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb. Yunanıstanın paytaxtı Afina şəhəri yaxınlığında davam edən meşə yanğınları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb.

Yunanıstanda meşə yanğınları 53 nəfərin ölümünə səbəb oldu - Yenilənib

Yunanıstanın paytaxtı Afina şəhəri yaxınlığında davam edən meşə yanğınları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, yanğın nəticəsində 150-dən çox adam xəsarət alıb. Onlardan 16-sı uşaqdır. Yaralananlardan 11 nəfərin vəziyyəti ağır qiymətləndirilir. 680 ev tamamilə yanaraq kül olub.

Bir çox insan itkin düşmüş sayılır. Danimarkadan olan 10 nəfərlik turist qrupundan xəbər yoxdur. Onlar yanğın baş verən bölgədən qayıqla uzaqlaşmaq istəyiblər. Hazırda sahil mühafizə xidməti onları axtarır.

Baş nazir Aleksis Tsipras vəziyyətin nəzarətdən çıxdığını bildirib. Yanğınlar Afina ətrafında 3 istiqamətdə davam edir. Hökumət bu ərazilərdə fövqəladə vəziyyət elan edib və Avropa İttifaqından kömək istəyib.

Qeyd edək ki, Yunanıstanda anomal istilər davam edir. Ölkənin bir sıra ərazilərində havanın hərarəti 40 dərəcəyə qədər yüksəlib.

***
09:03

Yunanıstanın paytaxtı Afina şəhəri yaxınlığında tüğyan edən meşə yanğınları nəticəsində ölənlərin sayı azı 20 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə “Associated Press” rəsmi mənbələrə istinadən xəbər verib.

Məlumata əsasən, 69 nəfər xəstəxanalara yerləşdirilib. Onlardan bir çoxunun vəziyyəti ağır kimi qiymətləndirilir. Afina ətrafında yaşayan sakinlərin təxliyəsi davam etdirilir.

Qeyd edək ki, Yunanıstanda anomal istilər davam edir. Ölkənin bir sıra ərazilərində havanın hərarəti 40 dərəcəyə qədər yüksəlib.

AzNews.az

image description image description image description image description image description