Adnan Oktar və müridlərinə yönəlmiş əməliyyatın ilk günündə saxlanılan Adnan Oktarı polis maşınına mindirəndə başını əyən polisi sosial media hesabından təhdid edən Bahadır Köseoğlu həbs edilib. Adnan Oktar və müridlərinə yönəlmiş əməliyyatın ilk günündə saxlanılan Adnan Oktarı polis maşınına mindirəndə başını əyən polisi sosial media hesabından təhdid edən Bahadır Köseoğlu həbs edilib.

Adnan Oktarın yaxın adamı polisi təhdid etdi və...

Adnan Oktar və müridlərinə yönəlmiş əməliyyatın ilk günündə saxlanılan Adnan Oktarı polis maşınına mindirəndə başını əyən polisi sosial media hesabından təhdid edən Bahadır Köseoğlu həbs edilib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, sosial media hesabındakı profil şəkli Adnan Oktar olan Bahadır Köseoğlu əməliyyat zamanı saxlanılan "hoca"sının başının əyilməsindən narahat olub. Narahatlığını da sosial media hesabından təhdid xarakterli bir paylaşımla ifadə edib.

B.Köseoğlu paylaşımında "Mən hocamızın həbsi zamanı bir polis əməkdaşına qıcıq oldum. Hocamızın başından basan və ağzını qapatmağa çalışan, maliyyə şöbədən mülki geyimli polis qardaş, mən sıfır il (sıfır ən azı 5 il deməkdir) kikboks təlimi görmüşəm))) O hərəkəti bir daha mənə sərbəst döyüş sistemində təkrarlamanı gözləyirəm. Baxaq görək, kimin başını əyirsən, sən... Bir görək... Əgər sənin başını qırmasam, mənə də Bahadır deməsinlər. Yavşak hərif səni..." yazdı.

Sosial media paylaşımlarında A.Oktara olan bağlılığını tez-tez dilə gətirən B.Kösəoğlu haqqında sözügedən statusdan sonra saxlanma qərarı verilib.

Polislər B.Köseoğlunu Bebekdə yerləşən iş yerində göz altına alıblar. "Cinayət işləmək məqsədilə qurulan təşkilata üzv olmaq və təşkilatın təbliğatını qurmaq" ittihamları ilə həbs edilən B.Köseoğlu Metris türməsinə göndərilib.

AzNews.az