Vəhşiliyin Dani`marka`sı

Danimarkada həbs edilən Əkrəm Şahin 10 nəzarətçi tərəfindən döyülərək öldürülüb. Ailəsi oğlanın yarılmasını istəyib. Bu zaman Əkrəmin beyinciyinin və ürəyinin götürüldüyü aşkar olunub. Götürülən orqanların yerinə də, parça qoyularaq tikilib. Bunu bilən ana `Oğlumun orqanlarını verin` deyərək üsyan edib.


23 yaşlı Əkrəm Şahin, 2 il əvvəl bir cinayət səbəbi ilə saxlanılaraq, Danimarkanın Kolding Həbsxanasına göndərilib. Ailəsi yeganə övladlarının azad olacağı günü gözləyərkən, oğullarının səhhəti ilə bağlı problemi olduğu üçün xəstəxanaya aparıldığı xəbərini alıblar. Dərhal xəstəxanaya gedən ailə gördükləri mənzərədən şok olublar. Çünki reanimasiyada yatan oğullarının səhhəti elə də ürəyaçan olmayıb.
Araşdırmalar zamanı gənc oğlanın nəzarətçilər tərəfindən döyüldüyü bəlli olub. Danimarkalılar, "Əkrəm başqa bir həbsxanaya köçürülmək istəyib. Nəzarətçilərə qarşı gəlib" deyiblər. Ancaq Şahin ailəsi hadisənin izinə düşüb. Araşdırmalardan sonra, Əkrəmin 10 nəzarətçi tərəfindən döyüldüyü aşkar olunub. Ailəsi Əkrəmin Türkiyədə torpağa vermədən əvvəl, yarılmasını istəyib. Amma Ədliyyə Tibdən gələn cavab onları növbəti dəfə şoka salıb. Belə ki, danimarkalı səlahiyyətlilərin gənc adamın beyinciyini və ürəyini çıxarıb, yerinə də parça qoyduqları bəlli olub.


Xəyalə Məmmədova
AzNews.az