ABŞ-ın Nyu-Cersi ştatında göydən yerə içərisində prezident Donald Trampa ünvanlanmış məktub olan bir qutu düşüb. Ştatın Brunsuik adlanan bölgəsində sadə vətəndaşlar tərəfindən tapılan və yerə paraşütə bağlı şəkildə düşən qutu böyük həyacan doğurub. ABŞ-ın Nyu-Cersi ştatında göydən yerə içərisində prezident Donald Trampa ünvanlanmış məktub olan bir qutu düşüb. Ştatın Brunsuik adlanan bölgəsində sadə vətəndaşlar tərəfindən tapılan və yerə paraşütə bağlı şəkildə düşən qutu böyük həyacan doğurub.

Göydən düşən sirrli qutu ABŞ-ı ayağa qaldırdı. Trampa xüsusi mesaj - GÜNÜN SENSASSİYASI

ABŞ-ın Nyu-Cersi ştatında göydən yerə içərisində prezident Donald Trampa ünvanlanmış məktub olan bir qutu düşüb. Ştatın Brunsuik adlanan bölgəsində sadə vətəndaşlar tərəfindən tapılan və yerə paraşütə bağlı şəkildə düşən qutu böyük həyacan doğurub.

Dərhal hadisə yerinə polis və bomba zərərsizləşdirmə dəstələri cəlb edilib. Olay yerinə yetişən güvənlik qrupları qutuda içərisindən qeyri-adi səs gələn zərf aşkarlayıb. Polislər həmçinin zərfin kənarına yapışdırılmış bir kağızın üzərinə “Bomba deyil, NASA-nın atmosferi araşdırma cihazıdır. Tapıldığında NASA-dan ... nömrəsinə zəng edin. Əgər tapan prezidentə yaxın bir insan olarsa, NASA ona olduqca maraqlı bir qolf oyunu diləyir” yazıldığını görüblər.

Olayla bağlı NASA da açıqlama verib və qutunun onlara məxsus olduğunu təsdiqləyib. Qeyd edilib ki, qutu içərisində ozon təbəqəsini araşdıran alətlərin yerləşdirildiyi hava balonuna məxsusdur. Zərfə yapışdırılmış kağız parçası isə tətil zamanı NASA ilə əməkdaşlıq etmiş bir tələbənin zarafatı olub. Həmin “məsuliyyətsiz” tələbə-əməkdaş işdən xaric edilib.

Maraqlıdır ki, atmosferə eyni gündə göndərilmiş 6 balondan yalnız ikisi ələ gəlib. Digər qutu isə Ridinqton Tounşip bölgəsində prezident Trampa aid olan qolf klubunun yaxınlığına düşüb.

Çormağan,

AzNews.az

image description