ABŞ prezidentinin əvvəlki köməkçisi Omarosa Nyumen Ağ Evdəki xatirələri haqqında yazdığı kitabda Melania Trampın ərindən boşanmağa hazırlaşdığını, onu cəzalandırmaq üçün isə passiv-aqressiv ruhi vəziyyətini təmsil edən paltarlar geyindiyinə dair iddia irəli sürüb. ABŞ prezidentinin əvvəlki köməkçisi Omarosa Nyumen Ağ Evdəki xatirələri haqqında yazdığı kitabda Melania Trampın ərindən boşanmağa hazırlaşdığını, onu cəzalandırmaq üçün isə passiv-aqressiv ruhi vəziyyətini təmsil edən paltarlar geyindiyinə dair iddia irəli sürüb.

Arvadından Trampa qarşı şok - Bu iddia Amerikanı çalxaladı

ABŞ prezidentinin əvvəlki köməkçisi Omarosa Nyumen Ağ Evdəki xatirələri haqqında yazdığı kitabda Melania Trampın ərindən boşanmağa hazırlaşdığını, onu cəzalandırmaq üçün isə passiv-aqressiv ruhi vəziyyətini təmsil edən paltarlar geyindiyinə dair iddia irəli sürüb.

AzNews.az xarici mətbuata istinadən bildirir ki, amerikan cəmiyyətində rezonans doğuran və bu gündən satışda olan “Dəngəsiz” (“Unhinged”) adlı kitabda müəllif Melania Trampın Donald Trampdan boşanmaq üçün günləri saydığını yazıb. Onun ərini utandırmaq üçün bilə-bilə fərqli tərzdə geyindiyini iddia edən Nyumen Melanianın paltarlarına baxıldığı zaman bu stildən həyat yoldaşını cəzalandırmaq üçün istifadə etdiyinə inandığını ifadə edib.

Nyumen yazır ki, Trampın öz səhvlərini düzəltmək üçün həyat yoldaşını məcburi şəkildə köçkünlərin düşərgəsinə aparıb və Melania orada üstündə “həqiqətən, vecimə deyil” yazısı olan pencək geyib.

ABŞ prezidentinin evliliyinin uçurumun kənarında olduğu və Melanianın boşanmaq üçün ərinin prezidentlik dönəminin başa çatmasını dəqiqəbədəqiqə gözlədiyi iddia olunub.

Ağ Evdəki azsaylı afro-amerikan nümayəndələrindən olan Nyumen Trampın seçki müddətində də, seçkidən sonra da yanında olmuşdu. O, kitabında Trampın irqçi olduğunu da vurğulamış, lakin prezident bunu inkar etmişdi.

Nurlan AĞA
AzNews.az