300 xəstənin ölümündə təqsirləndirilən həkim

"Xəstəxanın reanimasiya bölməsini təmizləmək istəyirəm. Orada yatan xəstələrin çox olması məni əsəb edir."



Virginia Soares De Souza adlı həkim xəstəxanada dolu yerlərin boşaldılması, yeni gələn xəstələrə yer etmək üçün ən az 300 xəstəni öldürməklə ittiham olunur.

Hadisə Braziliyanın Curitiba şəhərində bir xəstəxanada baş verib. Braziliya Səhiyyə Nazirliyinin səlahiyyətliləri, xəstəxananın reanimasiya şöbəsində yer açmaq üçün 7 adamın ölümünə səbəb olmaqdan mühakimə olunan braziliyalı həkimin, burada həyatını itirən digər 300 xəstənin ölümündə də əli ola biləcəyini açıqlayıb.
Qeyd edək ki, 56 yaşlı Virginia De Souza ötən ay 7 adamın ölümünə səbəb olduğu ilə bağlı məhkəməyə çıxarılıb, həbs olunmuş, daha sonra isə sərbəst buraxılıb. Həkimlə yanaşı, digər 3 həmkarı, tibb bacısı və daha bir işçi xəstə ölümlərindən günahlandırılıblar. Hadisəni araşdıran səlahiyyətlilər həkimlərin telefon danışıqlarını araşdırmağa başlayıblar. İlk araşdırmalar görə, həkimlərin bu ölümləri xəstəxanada yeni xəstələrə yer açmaq məqsədi ilə həyata keçirdikləri aşkar olunub. Həkimlərin telefon danışıqlarında belə bir söhbət braziliya mətbuatında qeyd edilib.
"Xəstəxanın reanimasiya bölməsini təmizləmək istəyirəm. Orada yatan xəstələrin çox olması məni əsəb edir." Həkimin vəkili isə bu ittihamı qəbul etməyini, müvəkkilinin günahsız olduğunu sübut edəcəklərini açıqlayıb.

Xəyalə Məmmədova
AzNews.az