Londonun şimal-qərbindəki metronun Kinqsberri stansiyasının yaxınlığında atışma baş verib. Londonun şimal-qərbindəki metronun Kinqsberri stansiyasının yaxınlığında atışma baş verib.

London metrosunda atışma - Yaralılar var

Londonun şimal-qərbindəki metronun Kinqsberri stansiyasının yaxınlığında atışma baş verib.

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, atışma barədə məlumat polisə yerli vaxtla avqustun 20-də 21:45-də daxil olub.

Atışma nəticəsində üç nəfər xəsarət alıb.

Hadisə yerində hüquq mühafizə orqanlarının əməkdaşları və tibb işçiləri cəlb olunub. Şübhəlilər axtarılır və ətrafdakı küçələr bağlanıb.

AzNews.az