- Köhnə - Dünya
- 21 Avqust 2018 10:11
- 5 438
Əfqanıstan prezidentinin çıxışı zamanı raket atıldı
Əfqanıstan prezidenti Əşrəf Qəninin Qurban bayramı münasibətilə çıxışı zamanı paytaxt Kabil raket atəşinə tutulub.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "TOLO news" telekanalı məlumat yayıb.
Hücum yerli vaxtla saat 09:00-da baş verib və hədəf prezident sarayı olub.
"Zorakılığı davam etdirən qruplar var. Amma onlar raketlərlə Əfqanıstanın inkişafını dayandıra bilməzlər", - deyə Ə.Qəni bildirib.
Raketlərin paytaxtın hansı hissələrinə düşdüyü və dəyən ziyanla bağlı əlavə məlumat verilməyib.
Terror qruplaşmalarından heç biri hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.
AzNews.az