İran xarici işlər nazirinin müavini Abbas Əraqçı ölkəyə tətbiq olunacaq ikinci dalğa sanksiyalardan əvvəl Avropanın nüvə anlaşması məsələsinə reaksiya verməsi gərəkdiyini bildirib. İran xarici işlər nazirinin müavini Abbas Əraqçı ölkəyə tətbiq olunacaq ikinci dalğa sanksiyalardan əvvəl Avropanın nüvə anlaşması məsələsinə reaksiya verməsi gərəkdiyini bildirib.

İrandan Avropaya çağırış: “Müdaxilə etməsəniz, anlaşmadan çıxacağıq...”

İran xarici işlər nazirinin müavini Abbas Əraqçı ölkəyə tətbiq olunacaq ikinci dalğa sanksiyalardan əvvəl Avropanın nüvə anlaşması məsələsinə reaksiya verməsi gərəkdiyini bildirib.

AzNews.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, nazir müavini Avropanın bu duruma müdaxilə etməyəcəyi halda, İran anlaşmadan çıxacaq.

İran dövlət televiziyasına açıqlama vermiş A.Əraqçı nüvə anlaşmasının bir təhlükəsizlik məsələsi olduğunu, Avropanın bu vəziyyətlə bağlı atdığı addımların faydasızlığını dilə gətirib.

O, sanksiyalardan dolayı İrandakı fəaliyyətlərini saxlamış şirkətləri nəzərdə tutaraq, Avropanın öz şirkətlərinə nəzarət edə bilmədiyini vurğulayıb.

Nurlan AĞA
AzNews.az