- Köhnə - Dünya
- 5 Sentyabr 2018 19:24
- 5 260
Tərəflər atəşkəsə razılaşdı - 10 gündən sonra
Liviyanın paytaxtı Tripolidə 10 günə yaxındır davam edən toqquşmalarda BMT-nin nəzarətində atəşkəs elan olunub.
“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, bunu BMT-nin Liviyaya Dəstək Missiyası (UNSMIL) açıqlayıb.
Məlumata görə, dinc vətəndaşların qorunması, xüsusi və dövlət mülkünün mühafizəsi, Beynəlxalq Mitiqa Hava Limanında uçuşların bərpası üçün atəşkəs sazişi imzalanıb.
Qeyd edək ki, ötən həftədən etibarən Tripolidə Milli Barışıq Hökumətinə (MBH) bağlı briqadalar arasında davam edən toqquşmalarda 47 nəfər ölüb, 130 nəfər isə yaralanıb.
AzNews.az