- Köhnə - Dünya
- 26 Sentyabr 2018 23:27
- 6 932
Netanyahu Trampla görüşdü
İsrailin baş naziri Benyamin Netanyahu Nyu Yorkda ABŞ prezidenti Donald Tramp ilə görüşüb.
AzNews.az Teleqraf.com-a istinadən xəbər verir ki, Tramp görüşdə Təl Əvivi dəstəklədiyini bəyan edib: "Sizinləyik. Yüzdə yüz sizinləyik. Yaxın Şərq üçün həll planını iki-üç ay içərisində açıqlayacam. Sülh planı çox gözəl irəliləyir, amma hər hansı sülh anlaşması zaman alacaq. İsrail qarşı tərəf üçün gözəl şeylər etməlidir. Prezidentliyimin ilk dönəmində bunu bacarmaq mənim xəyalım idi. Fələstinlilərin də mayaya geri dönmək istədiklərini düşünürəm. Tərəflər qəbul edərlərsə iki dövlətli bir həll istəyirəm".
AzNews.az