- Köhnə - Dünya
- 27 Sentyabr 2018 08:40
- 5 927
9 məktəblini öldürdü, edam edildi
Çinin Ali Xalq Məhkəməsi 9 məktəblini qətlə yetirən şəxsin ölüm hökmünün icrasını təsdiq edib.
AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, qəsdən adam öldürməkdə ittiham edilən Çjao Çeveya sentyabrın 27-si səhər saatlarında edam edilib.
Qeyd edək ki, Çinin Şensi əyalətində aprelin 27-si 1990-cı il təvəllüdlü Çjao Çeveya məktəbdən qayıdan məktəblilərə xəncərlə hücum edib. Hücum nəticəsində 9 məktəbli həlak olub, 12-si isə xəsarət alıb.
AzNews.az